Simonyan məhkəmədə Köçəryana qalib gəldi

26 İyun 2026 16:15

Ermənistan parlamentinin sədri Alen Simonyan birinci instansiya məhkəməsində Robert Köçəryanı məğlub edib. 

Milli.Az unikal-a istinadən xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Xatırladaq ki, Köçəryan Alen Simonyanı onun ləyaqətini və nüfuzunu ləkələdiyini iddia edərək məhkəməyə vermişdi.

Məhkəmə parlament sədrinin çıxışında heç bir böhtan və ya təhqir olmadığını müəyyən edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)