Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlandı - Yenilənib

26 İyun 2026 19:46

Xalq şairi Nəriman Həsənzadə xroniki orqan çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinikaya qəbul edilib.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Klinikadan məlumat verilib.

Məlumata görə, Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır.

----------
Xalq şairi Nəriman Həsənzadə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, bu barədə Teleqraf-a Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin müşaviri Rauf Aslanov məlumat verib.

"Xalq şairi Nəriman Həsənzadə iki-üç gündür xəstəxanaya yerləşdirilib. Hazırda onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam edir", - Rauf Aslanov bildirib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)