Müğənni Zeynəb Həsəni sosial şəbəkələrdə yayılan yeni görüntüləri ilə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, paylaşılan videoda sənətçi dəbdəbəli geyimi və lüks avtomobili ilə görüntülənib. Qısa müddətdə geniş yayılan görüntülər izləyicilər arasında müxtəlif müzakirələrə səbəb olub.
Sosial şəbəkə istifadəçiləri paylaşımın altına çox sayda rəy yazıblar. İfaçının lüks həyat tərzini müzakirə mövzusuna çevirərək fərqli fikirlər səsləndiriblər.
Video qısa zamanda böyük baxış sayı toplayıb və sosial şəbəkələrin ən çox müzakirə olunan paylaşımlarından birinə çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)