"Səbail" yay transfer çalışmalarını davam etdirir. Bakı təmsilçisi növbəti keçidini rəsmiləşdirərək son olaraq "Baku Sportinq"də çıxış edən 28 yaşlı müdafiəçi Rubin Seyidovu heyətinə qatıb.
Klubun yaydığı məlumata görə, tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Rubin Seyidov daha əvvəl də "Səbail"in formasını geyinib və yeni mövsümdə yenidən komandanın uğurları üçün mübarizə aparacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)