ABŞ-nin "Blood, Sweat & Tears" qrupunun solisti, kanadalı müğənni Devid Kleyton-Tomas ömrünün 85-ci ilində dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı CBC telekanalı yayıb.
Bildirilib ki, sənətçinin vəfatını onun PR meneceri təsdiqləyib. Musiqiçi 1968-ci ilin sonunda "Blood, Sweat & Tears" qrupunun tərkibində çıxış edərkən məşhurluq qazanıb.
Qrupun "You've Made Me So Very Happy", "Spinning Wheel" və "And When I Die" kimi sinqlları "Billboard" reytinqində ikinci yerə qədər yüksəlib. 1970-ci ilin martında isə kollektiv "İlin albomu" nominasiyasında "Qremmi" mükafatına layiq görülüb.
Kleyton-Tomas 1972-ci ildən etibarən qrupdakı fəaliyyəti ilə yanaşı, solo karyerasına da başlayıb. O, 1996-cı ildə Kanada musiqisinin Şöhrət Zalına daxil edilib, 2010-cu ildə isə Torontodakı "Şöhrət xiyabanı"nda ulduzu qoyulub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)