ABŞ-də yol hərəkəti kameralarının imkanları genişləndirilir.
Milli.Az xəbər verir ki, yeni texnologiya avtomobillərdəki Bluetooth cihazlarını da müəyyən edə bilir.
ABŞ-də avtomobil nömrələrinin avtomatik tanınması üçün istifadə edilən və müdafiə podratçısı Leonardo tərəfindən hazırlanan SignalTrace sistemi ilə təchiz olunan kameralar smartfonlar, AirPods və digər Bluetooth cihazlarının unikal identifikatorlarını qeydə ala bilir.
Bu texnologiya nəqliyyat vasitəsini yalnız sahibinə görə deyil, həm də avtomobildə olan sərnişinlərə əsasən əlaqələndirməyə imkan yaradır. Sistem eyni zamanda birlikdə hərəkət edən cihaz qrupları əsasında "elektron izlər" formalaşdırır.
Toplanan məlumatların saxlanılaraq hüquq-mühafizə orqanlarına ötürülə biləcəyi bildirilir.
Texnologiyanı hazırlayan şirkət isə sistemin rabitə məzmununu oxumadığını və ya deşifrə etmədiyini, yalnız cihazların birlikdə hərəkət etməsi faktını qeydə aldığını açıqlayıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)