Arda DÇ-də rekorda imza atdı

26 İyun 2026 10:51

Dünya Çempionatının D qrupunda Türkiyə milli komandası ABŞ ilə qarşılaşıb və matçda tarixi an yaşanıb.

Milli.Az xəbər verir ki, milli komandanın gənc ulduzu Arda Güler 10-cu dəqiqədə vurduğu qolla Türkiyənin dünya çempionatlarında 24 illik qol həsrətinə son qoyub.

Bu qol Türkiyə millisinin DÇ-lərdə son 24 ildə vurduğu ilk qol kimi qeydə alınıb. Türkiyənin turnirdə son qolu 2002-ci ildə Cənubi Koreyaya qarşı keçirilən oyunda İlhan Mansız tərəfindən vurulmuşdu.

21 yaşlı Arda Güler bu qolu ilə yalnız komandasına deyil, şəxsi karyerasına da tarixi uğur qazandırıb. O, dünya çempionatları tarixində qol vuran ən gənc türk futbolçulardan biri olub və bu göstəricidə Emre Belözoğlunun rekordunu yeniləyib.

Belözoğlu 21 yaş 275 günündə fərqlənərkən, Arda Güler 21 yaş 120 günlə bu rekordu geridə qoyub.

Arda Gülerin qolu həm azarkeşlər, həm də komanda üçün mühüm dönüş nöqtəsi kimi qiymətləndirilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)