Almaniyada evlərin cəmi 6%-ində kondisioner var

26 İyun 2026 11:16

Avropa ölkələrində, xüsusilə şimal regionlarında kondisionerlər uzun müddət zəruri hesab edilməsə də, son illərdə artan ekstremal istilər səbəbindən onlara tələbat sürətlə yüksəlir.

Milli.Az xəbər verir ki, Almaniyada 2019-2024-cü illərdə kondisionerlərə tələbat 75% artsa da, mənzillərin cəmi 6%-i bu sistemlərlə təchiz olunub. Mütəxəssislər bildirirlər ki, köhnə binalarda quraşdırma normativ və estetik maneələrə görə çətindir. Bundan əlavə, kirayəçilərin investisiya etmək istəməməsi və ev sahiblərinin icazə verməməsi prosesi ləngidir.

Ekoloqlar isə qeyd edirlər ki, soyutma sistemləri qlobal elektrik istehlakının təxminən 10%-ni təşkil edir və onların geniş istifadəsi şəhərlərdə havanın temperaturunu bir neçə dərəcə artıra bilər.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)