Brent neftinin qiyməti 73,75 dollara düşdü

26 İyun 2026 09:36

Dünya bazarında neft qiymətləri ucuzlaşmaqda davam edir.

Londonun ICE birjasında keçirilən ticarət əməliyyatları zamanı Brent markalı neftin 2026-cı ilin iyul fyuçersləri 2,01 faiz ucuzlaşıb. Hazırda bir barel neftin qiyməti 73,75 ABŞ dolları təşkil edir.

ABŞ-ın NYMEX əmtəə birjasında isə WTI markalı neftin 2026-cı ilin iyul fyuçerslərinin qiyməti 2,09 faiz azalaraq bir barel üçün 70,42 ABŞ dollarına enib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)