Ağcabədidə iki avtomobil toqquşdu, bir sürücü həyatını itirdi

26 İyun 2026 09:10

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Muğanlı kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, 1988-ci il təvəllüdlü Ağcabədi sakini Amil Allahyar oğlu Bəylərovun idarə etdiyi KIA markalı avtomobillə 2007-ci il təvəllüdlü, əslən Şuşa rayonundan olan Qara Ramil oğlu Həsənovun idarə etdiyi Hyundai markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Amil Bəylərovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)