"Qalatasaray"dan 40 milyon avroluq transfer gəlir.
Milli.Az xəbər verir ki, "Qalatasaray" klubu "Ayntraxt Frankfurt"un hücumameyilli yarımmüdafiəçisi Can Uzunu heyətinə qatmaq üçün təzyiqi artırmağa davam edir.
Hazırda tərəflər arasında 35 milyon avro nağd və əlavə 5 milyon avro bonus şəklində ümumilikdə 40 milyon avroluq təklif müzakirə olunur.
Klubların transferlə bağlı ortaq məxrəcə gəlməyə çox yaxın olduğu və razılığın an məsələsi olduğu bildirilir. (Offsideplus.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)