Şərbətli şirniyyat sevənlər üçün Fatih sarması resepti

27 İyun 2026 02:02

Yumşaq kek toxuması, alma içliyi və şərbətli ləzzəti ilə Fatih sarması klassik şirniyyatlardan fərqli və dadlı bir alternativdir. Evdə hazırlanması olduqca asan olan bu ənənəvi şirniyyat şərbət və biskvit balansı ilə süfrələrinizin bəzəyi olacaq.

Milli.Az lazım olan ərzaqları təqdim edir:
6 ədəd yumurta

2 stəkan un

1 paket vanil

1 paket qabartma tozu

1 stəkan toz şəkər

1 xörək qaşığı rəndələnmiş limon qabığı

Alma püresi (içlik) üçün:

3 ədəd alma

4 stəkan toz şəkər

4 stəkan su

1 ədəd limonun suyu

Bəzəmək üçün:

Pudra şəkəri

Mövsüm meyvələri (çiyələk, gilas, qaragilə və s.)

Hazırlanması:
Yumurtaların sarısını və ağını ayırın. Ayrı qablarda çalın. Limonun qabığını rəndələyin və suyunu sıxıb kənara qoyun.

Un, qabartma tozu və vanili bir qaba ələyin. Ortasını hovuz kimi açaraq toz şəkəri və yumurta sarılarını əlavə edin. Az-az yumurta ağını da əlavə edərək xəmiri yoğurun.

Hazırladığınız xəmiri yağlanmış soba tavasına nazik bir təbəqə şəklində yayın. Əvvəlcədən isidilmiş sobada pandispanya (keks) halına gələnə qədər bişirin. Soba-dan çıxarıb ilıq olması üçün gözləyin.

Almaları soyub rəndələyin. Bir qazanda şəkərlə birlikdə karamelize olana qədər qovurun. Üzərinə su və limon suyunu əlavə edib, tam bişənə qədər qaynadın. Ocaqdan alıb ilıq olması üçün kənara qoyun.

Bişmiş pandispanya xəmirini düz bir yerə yayın. Üzərinə hazırladığınız alma püresini bərabər şəkildə çəkin. Xəmiri diqqətlə rulet şəklində sarıyın.

Üzərinə pudra şəkəri səpin və mövsüm meyvələri ilə bəzəyərək süfrəyə verin.

Nuş olsun!

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)