Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bir qrup zabitə ali hərbi rütbələr verilib.
Milli.Az qafqazinfo-ya istinadən general-mayor rütbəsi alan polkovniklərin hansı vəzifədə işlədiklərini və fotolarını təqdim edir:.jpg)
Azər Heybətli - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisinin müavini - Kadrlar idarəsinin rəisidir..jpg)
Rəsul Əliyev- Müdafiə Nazirliyinin Baş idarələrindən birinin rəisidir..jpg)
Elçin Abdullayev - Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisidir..jpg)
Gülməmməd Rzayev - Quru Qoşunlarının Artilleriya İdarəsinin rəisidir. Vətən müharibəsində və antiterror tədbirlərində iştirak edib..jpg)
Ruslan Ağasiyev - Ordu korpuslarından birinin qərərgah rəisidir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)