İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO

25 İyun 2026 19:21

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçiləri təltif olunub.

Milli.Az xəbər verir ki, leytenant Vəlizadə İbrahim Səməd oğlu 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

İbrahim Vəlizadə 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb.(Unikal.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)