Dağıstanda yanacaq satışına məhdudiyyətlər tətbiq edildi

25 İyun 2026 17:29

Rusiya Federasiyasının Dağıstan Respublikasında artan tələbat fonunda benzin və dizel satışına limit qoyulub.

Respublikanın Energetika Nazirliyinin məlumatına görə, hər bir vətəndaşa gündəlik maksimum 20 litr benzin və 50 litr dizel yanacağı satılacaq. Qərarın məqsədi yanacaq ehtiyatlarının bərabər bölüşdürülməsi və mümkün çatışmazlığın qarşısının alınmasıdır.

Qeyd olunur ki, son günlər Rusiyanın bir sıra regionlarında da yanacaq qıtlığı müşahidə edilir və oxşar məhdudiyyətlər tətbiq olunub.

Rəsmilər vəziyyətin nəzarətdə saxlandığını bildiriblər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)