Poroşenko barədə cinayət işi açıldığı iddia olunur

25 İyun 2026 16:58

Ukraynanın sabiq prezidenti Petro Poroşenko ilə bağlı cinayət işi açıldığı iddia olunur.

Xarici KİV-in məlumatına görə, keçmiş dövlət başçısı Petro Poroşenko barəsində qanunsuz tikinti ilə bağlı araşdırma başladılıb.

Bildirilir ki, söhbət Kiyev vilayətinin Kozin qəsəbəsində yerləşən malikanəsinin ətrafında çəkilən hasardan gedir. İddialara əsasən, həmin hasar ərazidə çay sahilinə sərbəst gediş-gəlişi məhdudlaşdırır.

Məlumatda qeyd olunur ki, yerli bələdiyyə orqanları hasarın tikintisi üçün müvafiq icazənin verilmədiyini açıqlayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırma apardığı bildirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)