“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib

25 İyun 2026 16:16

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə"də dəyişiklik edilib.

Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, dövlət orqanlarının (qurumlarının), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (maliyyə bazarlarını tənzimləyən qanunlarla Mərkəzi Bankın nəzarət etdiyi subyektlər kimi müəyyən edilən hüquqi şəxslər istisna olmaqla), dövlət adından yaradılan publik hüquqi şəxslərin və dövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatların bank hesablarına dair məlumatlar;

Sahibin normativ hüquqi aktlarla müəyyən edilən hüquqlarının həyata keçirilməsi, vəzifələrinin icrası, habelə dövlət xidmətləri göstərməsi zamanı dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin emissiya etdiyi qiymətli kağızlar barədə reyestr məlumatları tələb olunduqda, bu məlumat bilavasitə həmin hüquqi şəxslərin özündən əldə edilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)