Azərbaycanın gizli cənnəti buradır - (Foto)
25 İyun 2026 16:10
Şahdağ Milli Parkının İsmayıllı bölməsi öz füsunkar təbiəti və zəngin biomüxtəlifliyi ilə diqqət çəkməyə davam edir.
Millli.Az xəbər verir ki, ərazidə uca dağlar, sıx meşələr və təmiz dağ çayları unikal mənzərə yaradır.
Milli parkın bu hissəsi həm yerli, həm də xarici turistlərin ən çox üz tutduğu təbiət məkanlarından hesab olunur. Burada nadir bitki və heyvan növlərinin qorunması istiqamətində mühüm işlər görülür.
Xüsusilə yaz və yay aylarında ərazi öz yaşıllığı və saf havası ilə ziyarətçilərin marağına səbəb olur. Mütəxəssislər milli parkın ekoloji tarazlığın qorunmasında mühüm rol oynadığını bildirirlər. Şahdağın İsmayıllı bölməsi Azərbaycanın təbii irsinin ən dəyərli nümunələrindən biri sayılır.