Azərbaycan gəmilərlə bağlı beynəlxalq konvensiyaya qoşulub

25 İyun 2026 15:27

"Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya"ya qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu təsdiqlənib.

Prezident İlham Əliyevin imzaladığı qərara əsasən, Azərbaycan Respublikası 2001-ci il oktyabrın 5-də London şəhərində imzalanmış "Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya"ya qoşulub.

Qeyd edək ki, Milli Məclis iyunun 12-də "Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya"ya qoşulmaq barədə qanun qəbul etmişdi.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)