Rusiyada iki neft emalı zavoduna zərbələr endirilib

25 İyun 2026 14:21

Ukrayna Ufada (Rusiya) iki neft emalı zavoduna - "Başneft-Ufaneftexim" və "Başneft-Novoyl"a zərbələr endirib.

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib.

"Bu gün səhər saatlarında Ukrayna Təhlükəsizlik Xidməti Ufadakı iki neft emalı zavoduna - "Başneft-Ufaneftexim" və "Başneft-Novoyl"ə zərbə endirib. Bu, cəbhə xəttindən 1500 kilometr aralıdadır", - o qeyd edib.

Zelenski həmçinin təsdiqləyib ki, iyunun 25-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Krasnodar diyarında, cəbhə xəttindən təxminən 300 kilometr məsafədə yerləşən neft anbarına zərbə endirib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)