44 ailə doğma yurdlarına geri qaytarılıb - Yenilənib

25 İyun 2026 12:26

Bu gün Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarının bir sıra yaşayış məntəqələrinə ümumilikdə 44 ailə köçürülüb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, mərhələ çərçivəsində Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə (34 nəfər), Xocalı rayonunun Ballıca kəndinə 2 ailə (7 nəfər), Badara kəndinə 2 ailə (5 nəfər) və Xanabad kəndinə 2 ailə (5 nəfər) yerləşdirilib.

Eyni zamanda Ağdərə rayonunun Həsənriz kəndinə 13 ailə (53 nəfər), Çıldıran kəndinə 13 ailə (53 nəfər), Vəngli kəndinə isə 4 ailə (23 nəfər) köçürülüb.

Məlumata əsasən, doğma yurdlarına qayıdan sakinlər yaşayış məntəqələrində qarşılanaraq onlara yeni mənzillərin açarları təqdim olunub.

Qeyd edilib ki, köçürülən ailələr indiyədək ölkənin müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlar olub.

_______________

Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərənin bir sıra yaşayış məntəqələrinə növbəti köç karvanları yola salınıb.

Məlumata əsasən, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə (34 nəfər), Xocavənd rayonunun Hadrut qəsəbəsinə 4 ailə (15 nəfər), Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 7 ailə (28 nəfər), Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə 3 ailə (14 nəfər), Xocalı rayonunun Ballıca kəndinə 2 ailə (7 nəfər), Badara kəndinə 2 ailə (5 nəfər), Xanabad kəndinə 2 ailə (5 nəfər), Ağdərə rayonunun Həsənriz kəndinə 13 ailə (53 nəfər), Çıldıran kəndinə 13 ailə (53 nəfər) və Vəngli kəndinə 4 ailə (23 nəfər) köçürülüb.

Qeyd edilib ki, köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlardır.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)