126 ilin ən güclü zəlzələsi: Venesuelada əsrlik rekord qırıldı - (Foto)

25 İyun 2026 12:14

Venesuelada son 126 ilin ən güclü zəlzələsi qeydə alınıb.

Milli.Az xəbər verir ki, Venesuelada baş verən güclü zəlzələ ölkənin son 126 ildə yaşadığı ən ciddi seysmik hadisə kimi tarixə düşüb.

ABŞ Geoloji Xidmətinin arxiv məlumatlarına görə, son yeraltı təkanlar 1900-cü ildən bəri qeydə alınan ən güclü zəlzələ hesab olunur. Həmin ildə baş vermiş və 7,7 bal gücündə qiymətləndirilən zəlzələ paytaxt Karakasda ciddi dağıntılara səbəb olmuşdu.

Tarixi məlumatlara əsasən, 1900-cü ildəki seysmik hadisə nəticəsində 21 nəfər ölüb, 50 nəfər yaralanıb. Təbii fəlakət yüzlərlə yaşayış evinin dağılmasına səbəb olub və çoxsaylı sakinlər uzun müddət müvəqqəti sığınacaqlarda yaşamaq məcburiyyətində qalıblar.

Mənbələr bildirir ki, həmin zəlzələ zamanı kilsələrin qüllələri uçub, dövlət idarələri və təhsil müəssisələri zərər görüb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)