Qaradağ rayonunda daş karxanasında bədbəxt hadisə baş verib.
Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Qızıldaş qəsəbəsində qeydə alınıb.
Cəlilabad rayon sakini, 1977-ci il təvəllüdlü Əkram Əliyev işlədiyi daş karxanasında ehtiyatsızlıq nəticəsində hündürlükdən yıxılaraq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)