Bilgəh qəsəbəsində dənizdə batan şəxsin meyiti aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 21-də Sabunçu rayonunun Bilgəh qəsəbəsində nəzarətsiz ərazidə dənizdə batan 2005-ci il təvəllüdlü Vüqar Şahin oğlu Adnayevin meyiti batdığı yerdən təxminən 8 kilometr aralıda tapılıb.
Meyit FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)