Astarada 60 yaşlı kişi mağazada öldü

25 İyun 2026 10:00

Astara rayonunda 60 yaşlı kişi mağazada ölüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Pensər kəndində baş verib. Kənd sakini 1966-cı il təvəllüdlü Həmidulla İbadulla oğlu Nəcəfov iyunun 24-də kənd ərazisində yerləşən mağazasında ürək çatışmazlığından ölüb.

Faktla bağlı Astara Rayon Prokurorluğu araşdırma aparır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)