Şotlandiya Braziliya matçı ləngiyə bilər

24 İyun 2026 21:21

Şotlandiya və Braziliya yığmaları arasında keçiriləcək DÇ-2026-nın C qrupunun üçüncü tur matçının qrafikində dəyişiklik edilə bilər.

Milli.Az xəbər verir ki, Mayamidə keçiriləcək C qrupunun 3-cü tur matçı şiddətli hava şəraiti ilə əlaqədar uzunmüddətli fasilə təhlükəsi ilə üz-üzədir.

Hazırda Florida ştatında kəskin isti və yüksək tufan ehtimalı səbəbindən fırtına xəbərdarlığı elan edilib. Meteoroloqlar oyunun başlamasına az qalmış tufan cəbhəsinin yaxınlaşacağını proqnozlaşdırırlar.

ABŞ-da qüvvədə olan təhlükəsizlik qaydalarına əsasən, stadionun 13 kilometrlik radiusunda ildırım müşahidə olunarsa, açıq havadakı bütün fəaliyyətlər dərhal ən azı 30 dəqiqə dayandırılmalıdır. FİFA-nın da turnir zamanı bu protokola əməl etməsi tələb olunur.

Xatırladaq ki, mövcud təqvimə əsasən matçın Bakı vaxtı ilə 02:00-da keçirilməsi nəzərdə tutulub. (Qol.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)