Qətər millisinin yarımmüdafiəçisi Asim Madibo DÇ-2026-da rəqibini zədələdiyi üçün 5 oyunluq cəzalandırılıb.
Milli.Az xəbər verir ki, BBC-nin məlumatına görə, FİFA-nın İntizam Komitəsi qətərli futbolçunu kobud oyuna görə milli komandanın 5 matçından kənarlaşdırmaq qərarına gəlib. Verilən qərardan şikayət etmək mümkündür.
Hadisə Kanada ilə matçın (0:6) 51-ci dəqiqəsində baş verib. Madibo rəqibin yarımmüdafiəçisi İsmael Koneyə qarşı kobud qayda pozuntusuna yol verib və buna görə birbaşa qırmızı vərəqə alıb.
Qeyd edək ki, "Sassuolo" klubunda çıxış edən Kone qamış və incik sümüklərinin sınığı xəsarəti alıb. Zədəsi ciddi olan futbolçunun 4-5 ay yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur. (qol.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)