Azerbaijan Fashion Week və Dome Middle East Fashion Week Bakıda 20-ci yubiley mövsümünün keçirilməsi üçün birləşir

24 İyun 2026 18:56

Bakının Sea Breeze məkanında 20-22 iyul 2026-cı il tarixlərində Xəzər regionunun ən böyük beynəlxalq moda platforması olan Azerbaijan Fashion Week 20-ci yubiley mövsümünü keçirəcək.

Yubiley mövsümü şərəfinə Azerbaijan Fashion Week və DOME Middle East Fashion Week strateji tərəfdaşlığını elan edir. İlk dəfə olaraq iki beynəlxalq fashion-platforma dünyanın müxtəlif ölkələrindən dizaynerləri, bayerləri, industriya nümayəndələrini, medianı və kreativ sektorun liderlərini toplayacaq genişmiqyaslı hadisənin yaradılması üçün öz səylərini birləşdirəcək.

Mövsümün baş mövzusu hərəkətin, transformasiyanın, saflığın və birliyin rəmzi olan WATER ELEMENT (Su Elementi) olacaq. Konsept Xəzər regionu ilə Yaxın Şərq arasında, zəngin ənənələri ilə müasirliyin qovuşaraq modada necə yeni qlobal trendlər yaratdığını nümayiş etdirir.

Üç gün ərzində Sea Breeze tanınmış və perspektivli dizaynerlərin nümayişlərini, kolleksiyaların eksklüziv təqdimatlarını, peşəkar görüşləri, beynəlxalq kollaborasiyaları və xüsusi layihələri təqdim edərək beynəlxalq fashion-industriyanın mərkəzinə çevriləcək.

Yubiley mövsümü nəinki dünya modasının aktual tendensiyalarını nümayiş etdirməyə, həm də Azərbaycanın kreativ iqtisadiyyatın, mədəni mübadilənin və beynəlxalq əməkdaşlığın vacib mərkəzi kimi mövqelərini möhkəmləndirməyə yönəlib.
"Azerbaijan Fashion Week 20-ci yubiley mövsümü layihənin tarixində vacib mərhələdir. DOME Middle East Fashion Week ilə birləşmə Şərq və Qərb arasında qarşılıqlı əlaqə üçün unikal platforma yaradaraq dizaynerlər, brendlər və industriya peşəkarları üçün yeni imkanlar açır", - tədbirin təşkilatçıları qeyd edirlər.

Öz fəaliyyəti illəri ərzində Azerbaijan Fashion Week dizaynerlərin irəli çəkilməsi, moda industriyasının inkişafı və beynəlxalq tərəfdaşlıqların formalaşdırılması üçün nüfuzlu meydana çevrilmişdir. Yeni mövsüm layihənin bütün tarixi ərzində ən böyüyü olacaq və Avropa, Asiya, İran körfəzi ölkələri və MDB regionundan iştirakçıları birləşdirəcək.
Aparıcı dizaynerlərin, fashion-ekspertlərin, luxury-seqment nümayəndələrinin, beynəlxalq KİV-lərin, inflüenserlərin və kreativ industriyaların investorlarının iştirakı gözlənilir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az