Kart hesablarında yaranan problemlə bağlı açıqlama

24 İyun 2026 18:20

Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem "Azericard" MMC-dən qaynaqlanmır.

Milli.Az xəbər verir ki, bu barədə "Azericard" MMC-nin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, bu hal banklararası hesablaşma fayllarının emalı zamanı "Azericard"dan asılı olmayan texniki səbəbdən baş vermiş təkrarlanmalarla bağlı yaranıb:

"Təkrarlanmış əməliyyatlar ləğv edilərək hesablar tədricən bərpa olunmaqdadır. Məsələ yaxın zamanlarda tam həllini tapacaq".

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı, "AccessBank" və "ExpressBank"da bəzi kart əməliyyatları ilə bağlı texniki problem yaşanır. Bundan əlavə, "Yelo Bank"ın mobil tətbiqində problem yaranıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)