“Neftçi”dən yay transferi - Qvadelupalı müdafiəçi ilə 2 illik müqavilə

24 İyun 2026 17:28

"Neftçi" 2026-cı ilin yay transfer dönəmində sayca üçüncü transferini rəsmiləşdirib.

Milli.Az xəbər verir ki, klub qvadelupalı müdafiəçi Endryu Qravilyonla 2 illik müqavilə imzalayıb.

28 yaşlı futbolçu "Neftçi"də "55" nömrəli formanı geyinəcək.

Qeyd edək ki, zəngin karyeraya malik E.Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında çıxış edib. O, Qvadelupa millisinin heyətində 19 oyun keçirib və 2 qol vurub.

Xoş gəldin, Endryu Qravilyon!

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)