Fransa millisinin baş məşqçisi Didye Deşam ailəsində baş verən ağır itki səbəbindən komandadan ayrılıb.
Milli.Az xəbər verir ki, Fransa Futbol Federasiyasının yaydığı məlumata görə, mütəxəssisin anası vəfat edib. Bu səbəbdən o, ölkəsinə qayıdıb.
Bildirilib ki, Deşam 2026-cı il dünya çempionatının seçmə mərhələsində Norveçə qarşı keçiriləcək son qrup oyununda komandasına rəhbərlik edə bilməyəcək.
Qeyd edək ki, Fransa və Norveç yığmaları qrupda 6 xalla ilk iki pillədə qərarlaşıb və artıq pley-off mərhələsinə vəsiqəni təmin ediblər. Son turda Fransa millisinə qrup liderliyini qorumaq üçün məğlub olmamaq kifayət edir.
57 yaşlı Didye Deşam 2012-ci ildən Fransa millisinin baş məşqçisi vəzifəsində çalışır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)