Pakistanın Azərbaycandakı səfirliyi 2 gün işləməyəcək

24 İyun 2026 15:42

Pakistanın Azərbaycandakı səfirliyi iki gün fəaliyyət göstərməyəcək.

Milli.Az xəbər verir ki, səfirliyin yaydığı məlumata görə, diplomatik nümayəndəlik iyunun 25 və 26-da bağlı olacaq.

Qeyd olunub ki, iyunun 25-də Aşura günü, iyunun 26-da isə Silahlı Qüvvələr Günü münasibətilə səfirlikdə iş günü olmayacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)