Fransada Ebola həyəcanı - İlk yoluxma halı qeydə alındı

24 İyun 2026 14:24

Fransada Ebola virusuna yoluxma faktı qeydə alınıb.

Yerli KİV-in məlumatına görə, Konqo Demokratik Respublikasından qayıdan bir həkimdə Ebola virusu aşkarlanıb.

Hazırda xəstə nəzarət altında saxlanılır. Onun sağlamlıq vəziyyəti və virusa necə yoluxduğu ilə bağlı araşdırmalar aparılır.

Səhiyyə qurumları mümkün təmasların müəyyənləşdirilməsi və epidemioloji risklərin qiymətləndirilməsi istiqamətində tədbirləri davam etdirirlər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)