“Artıq onun Bakıda neft emalı zavodları var” - Nəsrin Cavadzadə - (Foto)

24 İyun 2026 14:10

"Artıq onun Bakıda neft emalı zavodları var" . 

Milli.Az xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib.

Aktrisa rol aldığı "Daha 17" serialında onun oğlunu canlandıran aktyor Ata Yaşatın soyadını Cavadzadə etmək istədiyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Nəsrin Cavadzadə bu iddialara yumorla yanaşaraq sosial media hesabında "Artıq Atanın Bakıda neft emalı zavodları var" sözlərini yazıb.

Aktrisanın paylaşımı izləyicilər tərəfindən maraqla qarşılanıb və qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)