Nehrəmli Nəimi Amiral ABŞ-nin Pakistandakı hərbi attaşesi oldu

24 İyun 2026 13:30

ABŞ-də yaşayan, əsli Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndinə bağlı olan həmyerlimiz Nəimi Amiral ABŞ-nin Pakistandakı hərbi attaşesi təyin edilib.

Milli.Az xəbər verir ki, bu barədə onun yaxın dostu Elnur Eltürk sosial media hesabında paylaşım edib.

Bildirək ki, Nəimi Amiral yeni vəzifəyə təyin olunmazdan əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasında xarici əlaqələr üzrə şöbə rəisi kimi fəaliyyət göstərib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)