Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

24 İyun 2026 13:00

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Milli.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Bildirilib ki, koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)