SSRİ Xalq artisti, tanınmış rus aktyoru və ssenarist Mixail Nojkin dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, Rusiya Kinematoqrafçılar İttifaqının yaydığı məlumata görə, sənətçi 90 yaşında vəfat edib. Onun ölüm səbəbi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Mixail Nojkin yaradıcılıq fəaliyyətinə ötən əsrin 60-cı illərində başlayıb. O, kinoda ilk dəfə 1967-ci ildə çəkilən "İki saat əvvəl" filmində rol alıb. Sonrakı illərdə aktyor "Rezidentin səhvi", "Göl kənarında", "Azadlıq: Berlin uğrunda döyüş", "Ümid" və "Əzablar içində gəziş" kimi ekran işlərindəki obrazları ilə geniş tamaşaçı rəğbəti qazanıb.
Uzun illər teatr və kino sahəsində fəaliyyət göstərən Mixail Nojkin sovet və rus mədəniyyətinin tanınmış simalarından biri hesab olunurdu.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)