Gəncədə ağır qəza - sürücü ölüb (Foto)

24 İyun 2026 00:10

Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili ilə moped toqquşub. Qəza nəticəsində mopedin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)