Dünya Kubokunda penalti seriyasında qaydalar dəyişir

23 İyun 2026 23:42

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) Dünya Kubokunun 1/8 final mərhələsinin startı ərəfəsində oyunsonrası penalti seriyaları ilə bağlı böyük bir qayda dəyişikliyi etməyə hazırlaşır.

Milli.Az xəbər verir ki, turnirin ən həyəcanlı mərhələsindən etibarən tətbiq olunacaq yeni qərar, matçların taleyinə birbaşa təsir edə bilər.

İndiyə qədər qüvvədə olan qaydalara əsasən, hakimlər penalti seriyasından əvvəl iki dəfə püşk (gümüş pulun atılması) atırdılar; birinci püşkdə zərbələrin hansı qapıya vurulacağı, ikinci püşkdə isə ilk zərbəni kimin vuracağı müəyyənləşirdi.

Təklif olunan və tətbiq ediləcək yeni qaydaya görə isə proses belə olacaq:

Tək Püşk: Seriyadan əvvəl cəmi BİR püşkatma keçiriləcək.

Qalibin Seçimi: Püşkü qazanan tərəf (kapitan) böyük üstünlük əldə edəcək. O, ya ilk penalti zərbəsini vurmağı, ya da zərbələrin yerinə yetiriləcəyi qapını (azarkeşlərin olduğu tərəfi) seçmək hüququna sahib olacaq.

Məğlubun Seçimi: Püşkdə uduzan tərəfə isə qalibdən geriyə qalan digər seçim variantı veriləcək.

FİFA rəsmilərinin fikrincə, bu dəyişiklik həm vaxt itkisinin qarşısını alacaq, həm də püşkü qazanan komandanın taktiki üstünlüyünü daha da maraqlı edərək oyundakı həyəcanı artıracaq. Yeni qayda cari turnirin əsas mərhələsindən etibarən rəsmən qüvvəyə minəcək. (Offsideplus.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)