Suriya Prezidenti Əhməd əş-Şaranın yaxın günlərdə Türkiyəyə səfər edəcəyi gözlənilir.
Milli.Az xəbər verir ki, bu barədə "Bloomberg" Türkiyə rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Əhməd əş-Şara iyulun 7-8-də Türkiyədə keçiriləcək NATO sammiti dövründə Ankarada ola bilər. Bildirilir ki, səfər birbaşa sammit proqramına daxil edilməsə də, tədbir çərçivəsində keçiriləcək ikitərəfli görüşlər Suriya liderinin beynəlxalq arenadakı mövqeyinin güclənməsinə töhfə verə bilər.
Mənbələrin sözlərinə görə, NATO üzvü olan bəzi ölkələrin liderləri regional təhlükəsizlik, terrorizmlə mübarizə və Suriyanın uzunmüddətli vətəndaş müharibəsindən sonrakı bərpası ilə bağlı məsələləri müzakirə etmək üçün Əhməd əş-Şara ilə görüşə maraq göstərə bilərlər.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)