Rusiya Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlara münasibət bildirib.
Milli.Az xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskvanın bu prosesi Rusiyanın iştirak etdiyi inteqrasiya birliklərinə qarşı yönəlmiş cəhd kimi qiymətləndirdiyini deyib.
Onun sözlərinə görə, Rusiya Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kimi qurumlara qarşı davamlı təzyiqlərin müşahidə olunduğunu düşünür.
"Qaydalara əsaslanan nizamın tərəfdarları ölkəmizin iştirak etdiyi inteqrasiya birliklərinə qarşı hücum cəhdləri göstərirlər. Onlar əsrlər boyu birgə yaşamış və bir-birinə dəstək olmuş xalqların tarixinin və coğrafiyasının yenidən yazıla biləcəyi ilə bağlı illüziyalar yaradırlar", - deyə Uşakov bildirib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)