Bakıda sirkə turşusundan zəhərlənən kişi xəstəxanada həyatını itirib.
Milli.Az xəbər verir ki, hadisə iyunun 12-də Binəqədi rayonunda baş verib.
1977-ci il təvəllüdlü Beyləqan rayon sakini Yalçın Abdullayev sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, iyunun 22-də xəstəxanada vəfat edib.
Onun hansı şəraitdə sirkə turşusu qəbul etdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)