Azərbaycandan keçən növbəti yük Ermənistana yola salındı

23 İyun 2026 12:20

Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə növbəti yük daşınması həyata keçirilib.

Milli.Az xəbər verir ki, məlumata görə, ümumi çəkisi 408 ton olan gübrə yüklənmiş 6 vaqon Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb. Yük daha sonra tranzit marşrutu ilə Ermənistana çatdırılacaq.

Statistik göstəricilərə əsasən, indiyədək Azərbaycan üzərindən Rusiyadan Ermənistana 33 min tondan artıq taxıl, 7 min tondan çox gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit daşınıb.

Bununla yanaşı, Azərbaycanla Ermənistan arasında enerji məhsullarının tədarükü də davam edir. İndiyədək Ermənistana 14 min tondan artıq dizel yanacağı, həmçinin 4 min tondan çox Aİ-92 və Aİ-95 markalı benzin ixrac edilib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)