Sabunçuda 71 yaşlı kişi ağacdan yıxılaraq öldü

23 İyun 2026 11:56

Paytaxtın Sabunçu rayonunda 71 yaşlı kişi ağacdan yıxılaraq həyatını itirib.

Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə iyunun 18-də rayonun Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1955-ci il təvəllüdlü Yamil Məmmədov ağacdan yıxılaraq ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, o, ötən gün xəstəxanada vəfat edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)