Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna məktub ünvanlayıb

23 İyun 2026 11:07

Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Giyoma məktub ünvanlayıb.

Bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Məktubda qeyd olunub:

"Əlahəzrət,

Lüksemburq Böyük Hersoqluğunun milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)