Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv olunur.
Milli.Az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti institutun ləğv edilməsi ilə əlaqədar təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Qeyd edək ki, bundan əlavə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksinin və Bakı Şəhər Bələdiyyə Teatrının bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməlidir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)