Qiymətli metallar ucuzlaşır

23 İyun 2026 10:02

Əmtəə bazarlarında qızılın qiymətində azalma qeydə alınıb.

Milli.Az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin avqust fyuçerslərinin qiyməti 1,51% azalaraq 4 139,4 ABŞ dolları təşkil edib.

Eyni zamanda gümüş bazarında da eniş müşahidə olunub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçersləri 4,27% ucuzlaşaraq 63,25 ABŞ dollarına düşüb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)