Bərdə rayonunda su kanalında meyit aşkarlanıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qarağacı kəndi ərazisindən keçən Yuxarı Qarabağ su kanalında qeydə alınıb.
İlkin məlumata görə, kanaldan Yevlax rayon sakini, 2000-ci il təvəllüdlü Mahir Nadirovun meyiti tapılıb. Meyitə baxış zamanı üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib.
Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)