DÇ-2026: Əlcəzair geridə qaldığı oyunda dönüş etdi

23 İyun 2026 09:41

Futbol üzrə dünya çempionatının qrup mərhələsində ikinci turun qarşılaşmaları davam edir.

J qrupunda keçirilən oyunda Əlcəzair millisi İordaniya yığması üzərində 2:1 hesablı qələbə qazanıb.

Matçda hesabı 36-cı dəqiqədə Nizar Əl-Rəşdan açaraq İordaniyanı önə çıxarıb. Lakin ikinci hissədə təşəbbüsü ələ alan Əlcəzair yığması oyunda dönüş etməyi bacarıb. Komandanın qollarını 69-cu dəqiqədə Nadir Benbuali, 82-ci dəqiqədə isə Amin Quiqi vurub.

Görüşün ən yaxşı futbolçusu adına Əlcəzair millisinin üzvü İbrahim Maza layiq görülüb.

Bu nəticədən sonra J qrupunda 6 xalı olan Argentina liderliyini qoruyur. Aktivində 3 xal olan Avstriya və Əlcəzair yığmaları növbəti pillələrdə qərarlaşıb. Xal qazana bilməyən İordaniya isə qrupun sonuncusudur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)