Xəbər verdiyimiz kimi, ötən gün Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən çimərlikdə 4 nəfər dənizdə batıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü Namiq Əzimovun, 2005-ci il təvəllüdlü Elnur Əbdülovun və 2007-ci il təvəllüdlü Elmar Əbdülovun meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
2003-cü il təvəllüdlü Pərviz Məcidovun tapılması istiqamətində axtarışlar isə davam etdirilir.
Məlumata görə, həyatını itirən Elnur və Elmar Əbdülov qardaş olublar.
Faciə nəticəsində həyatını itirən gənclərin fotoları və hadisədən əvvəl çəkilən görüntüləri də yayılıb. Kadrlarda onların dəniz sahilində birlikdə vaxt keçirdikləri əks olunur. Bildirilir ki, bu görüntülər gənclərin dənizə daxil olmasından qısa müddət əvvəl lentə alınıb.
Dünyasını dəyişən gənclərin foto və videonu təqdim edirik.